Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir ömrün dastanı” adlı tamaşa nümayiş olunub.
Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri çıxış ediblər.
Səhnə işinin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Əbülfəz Ramizoğludur.
Tamaşada Heydər Əliyevin bədii obrazı canlandırılıb, onun həyatı və siyasi fəaliyyəti ilə bağlı bir sıra məqamlar səhnələşdirilib. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.