Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası (NMR) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində “100 illik diyarın 100 yaşlı muzeyi” mövzusunda tədbir keçirilib.

NMR Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev bildirib ki, bu il fevralın 9-da muxtar respublikanın yaradılmasının 100 ili tamam olur. Bununla bağlı 30 dekabr 2023-cü il tarixdə Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən, ölkəmizdə elmi və mədəni-kütləvi tədbirlər keçiriləcək.

Bildirilib ki, bu il oktyabrın 30-da Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının da 100 ili tamam olur. Muzey Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli qərarı ilə yaradılıb.

Tədbirdə digər çıxış edənlər Naxçıvanın tarixi, etnoqrafiyası və mədəniyyətinin təbliğində Naxçıvan Dövlət Tarix Muzeyinin rolu haqqında fikirlərini bölüşüblər.

Sonda muzeyin ekspozisiyasına baxış olub.