Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Bədii keramika, şüşə və metal kafedrasının müəllimi Zinaida Mirzəzadə İngiltərədə keçirilən sərgidə mükafata layiq görülüb.
Bu barədə Rəssamlıq Akademiyasından məlumat verilib. Bildirilib ki, bədii metalda stilizə üzərində çalışan rəssam “Qızıl zamanın istedadları” müsabiqəsində iki nominasiya üzrə qalib olub.
71 ölkədən rəssamların qatıldığı sərgidə Zinaida Mirzəzadənin metaldan işi – “Stonehenge” dekorativ asma əsəri II, rəngli qrafika nominasiyası üzrə “Uğura aparan yol əsəri isə” III yerə layiq görülüb.
“Qızıl zamanın istedadları” müsabiqəsində əsərlər 18 ölkənin təmsil olunduğu münsiflər heyəti tərəfindən seçilib.
Zinaida Mirzəzadə ölkəmizdə və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı və qalibidir.