Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) 140 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirilir.

AMEA-nın elmi-tədqiqat institutları da böyük mütəfəkkirin yubileyinə öz töhfələrini verirlər. Fevralın 16-da AMEA – Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri” mövzusunda elmi sessiya təşkil olunacaq.

İnstitutdan bildirilib ki, sessiyada “Məhəmməd Əmin Rəsulzadənin ana dili sevgisi”, “Məhəmməd Əmin Rəsulzadə və ədəbi dilimiz”, “Məhəmməd Əmin Rəsulzadənin publisistikasının dili və üslubu” mövzularında məruzələr dinləniləcək.