Fevralın 12-də Mərkəzi Aran RMİ-nin xidməti əhatəsində olan teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunmuş görüş keçirilib.
Görüş 2024-cü il yanvarın 27-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regionlardakı teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyəti ilə bağlı keçirilmiş müşavirədə bu sahə üzrə müəyyən edilmiş prioritet istiqamətlərə həsr olunub.
Tədbirdə regional idarənin, Mingəçevir Dövlət Dram Teatrının, mədəniyyət mərkəzlərinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Bildirilib ki, son illər Azərbaycan teatr sənətinin inkişafı yönündə bir sıra dəyərli addımlar atılır. Həyata keçirilən festival və müsabiqələr, eləcə də qastrol səfərləri bu sahədə canlanma yaradır. Sahənin davamlı inkişafı üçün zəruri addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Nurəddin