Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda bir qəsəbənin (Qorçu) və Kəlbəcər rayonunda iki kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidən qurulmasına dair müvafiq müqavilələr “Azərdövlətsənaye” Dövlət Layihə İnstitutu ilə, Laçın rayonunun Qorçu qəsəbəsinin tikinti layihəsi üzrə müqavilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bağlanılıb.

2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsini icra edən Fəxrəddin Verdiyevin sözlərinə görə, müqavilələr qeyd olunan yaşayış məntəqələrində minə yaxın fərdi evin, tam orta məktəblərin, uşaq bağçalarının və digər ictimai obyektlərin layihələndirmə işlərinin satınalınmasını əhatə edir.