Sumqayıt Dövlət Dram Teatrında polyak yazıçısı, Nobel mükafatçısı Slavomir Mrojekin “Mühacirlər” əsəri əsasında tamaşa hazırlanır. “-1” adlı səhnə işinə daxili baxış olub.
Əsər insanları elindən, ailəsindən ayırıb qərib edən müharibələr, sosial-siyasi problemlər, nəhayət, insanın özünü özünə mühacir edən bəlalar haqqındadır.
Tamaşanın quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Telman Qəniyevdir.
İki aktyor üçün hazırlanan tamaşada rolları gənc və istedadlı aktyorlar Elay Xasıyev və Kamran Muradlı oynayırlar.
Müzakirə zamanı teatrın direktoru Samir Şəfiyev tamaşada diqqətçəkən məqamları vurğulayıb, gənc aktyorların yeni oyun tərzini təqdir edib.
Teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov, Əməkdar artistlər Fəranə Musayeva, Sədaqət Nuriyeva, Nadir Xasıyev, İzaməddin Bağırov, Elmira Kərimova, aktyorlar Dağlar Rüstəmov, Vəfa Qurbanova, teatrın baş rəssamı Elşən Sərxanoğlu və başqaları fikirlərini bölüşüblər.