Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Dünya mədəniyyətinə qovuşan sənətkar” adlı videoçarx hazırlanıb.

Videoçax Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun (1939–2022) 85 illik yubileyi münasibətilə ərsəyə gətirilib.

Materialda R.İbrahimbəyovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, onun əsərləri əsasında 40-dan çox film çəkilib, 15 pyesi dünyanın 100-dən çox ölkəsinin teatrlarında tamaşaya qoyulub.

Videoçarxda R.İbrahimbəyovun mükafatları və filmoqrafiyası haqqında söz açılır. Yazıçının ssenarisi əsasında lentə alınmış filmlərdən parçalar təqdim olunur.

Videoçarxı https://www.youtube.com/watch?v=TDmbj7iSRVA linki vasitəsilə izləyə bilərsiniz.