Britaniya təsviri sənətində London avanqardının həyatda olan ən məşhur nümayəndəsi Frank Auerbaxın “Kömür başlar” adlı sərgisi Kurto Qalereyasında (Courtauld Gallery) sənətsevərlərə təqdim edilib.

Sərgi 93 yaşlı britaniyalı rəssamın erkən şah əsərlərini görmək üçün imkandır. Bildirilir ki, mayın 27-dək davam edəcək sərgidə Frank Auerbaxın 23 heyranedici rəsm silsiləsi ilk dəfə nümayişə çıxarılıb.

“London məktəbi”nin nümayəndələri (Frensis Bekon, Lüsyen Freyd, Frank Auerbax və b.) Britaniya incəsənətində İkinci Dünya müharibəsindən sonra məşhurlaşıblar. 60-cı illərdə populyarlıq enişi yaşasalar da, sonra dirçəliş prosesindən bəri onların britaniyalı müasir ustadlar statusu artmağa davam edib.

Bu gün də yaradıcılıq fəaliyyətini davam etdirən rəssamın “Frank Auerbax: kömür başlar” sərgisində 1950-ci və 1960-cı illərin əvvəlində çəkdiyi qeyri-adi rəsmlər ilk dəfə vahid qrupda təqdim edilib. Bu, müharibədən sonrakı dövrün London təsviri sənətinin ən yaxşı məktəbinin nümunələridir.