Cəlilabad Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə açıq havada “Narkomaniyaya yox deyək!” başlıqlı sərgi keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları narkomaniyanın acı fəsadlarından danışaraq onunla mübarizə istiqamətində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılmasının vacibliyini vurğulayıblar.

Sərgidə qalereyanın tərtibatçı rəssamı Ramilə Quliyevanın şagirdlərinin əl işləri nümayiş olunub.

Nurəddin