Fevralın 15-də Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış “Bir könüllü” tələbə təşkilatının üzvləri Azərbaycan Dövlət Film Fondunun qonağı olublar.
Gənclər əvvəlcə məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey, kino lentlərinin bərpa otağı və saxlanma boksları ilə tanış olublar.
Sonra kino zalında Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov qonaqlara qurumun yaranması, tarixi, fəaliyyəti və iş prinsipi haqqında ətraflı məlumat verib.
Tələbələr Dövlət Film Fondundakı ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.