Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "Qonağımız var" layihəsi davam edir. Layihə çərçivəsində H.Abbasov adına Mədəniyyət Mərkəzində Əməkdar artist Könül Kərimova ilə görüş olub.
Aparıcı müğənninin həyat və fəaliyyəti haqqında məlumat verib.
Sonra Könül Kərimova “Bir aləm var”, “Dünya bizim dünyadır”, “Məni də gəl apar, qurbanın olum” kimi sevilən mahnılarını səsləndirib. Müğənni tamaşaçıların suallarını cavablandırıb.
Görüş “Aysel” rəqs qrupunun müşayiəti ilə müğənninin ifasında “Azərbaycan” mahnısı ilə sona çatıb.