Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinə 175 və 167 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivinin, Qaradağ rayon Heydər Əliyev Mərkəzinə isə 184, 197 və 319 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı şagirdlərə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində şagirdlər “Sehrli xalat” və “Qaraca qız” filmlərini izləyiblər.