Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ötən ilin 27 noyabr – 3 dekabr tarixlərində keçirilmiş “Yaradıcı həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalı üçün mobil telefonla çəkilmiş işlərin qəbulu elan edilmişdi. Bu il yanvarın 31-də festival filmlərin qəbulu başa çatıb.

21-23 fevral tarixlərində “CINEMO” Mobil Film Festivalı keçiriləcək. Fevralın 21-də saat 14:00-dan 17:00-dək mobil telefonla çəkilən bədii filmlərə, 22 fevralda isə eyni saatda sənədli filmlər və sosial çarxlara baxış olacaq.

Fevralın 23-də isə Nizami Kino Mərkəzində festivalın qala-gecəsi keçiriləcək, qaliblərin adları elan olunacaq. Qalib müəllifləri müxtəlif nominasiyalar üzrə pul mükafatı gözləyir.

Lalə Azəri