Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 2 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə tanınmış uşaq yazıçısı, “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovanın 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edənlər yazıçını yubileyi münasibətilə təbrik edib, yaradıcılığından söhbət açıblar. Gülzar İbrahimovanın kitablarının uşaqların dünyagörüşünün və estetik zövqünün formalaşmasında rolundan danışılıb, həyata keçirdiyi maarifləndirici layihələrdən bəhs olunub.
Qeyd edilib ki, Gülzar İbrahimova tək nağıl yazarı kimi deyil, həm də çoxsaylı məqalələr müəllifi və nəğməkar şairdir.
Bədii hissədə musiqilər dinlənilib, şeirlər səsləndirilib, videoçarx təqdim olunub.