Gəncə şəhər Heydər Əliyev Mərkəzi, şəhər MKS-nin 16 nömrəli kitabxana filialı və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda tədbir keçirilib.

Tədbir Mədəniyyət Nazirliyinin korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı 2024-cü il üçün tədbirlər planının icrası məqsədilə təşkil edilib. Qeyd olunub ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədilə islahatların aparılır. Bu işdə ictimaiyyətin də dəstəyi vacibdir.

Tədbir diskussiya formasında davam edib, iştirakçıların sualları cavablandırılıb.

***

Cəlilabad rayon Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi, Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi və 3 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə korrupsiya risklərinə qarşı maarifləndirici tədbir keçirilib.

Bildirilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir.

Müəssisələrin rəhbər və əməkdaşlarına bu istiqamətdə işlərində diqqətli olmaları və şəffaf fəaliyyətə üstünlük vermələri tapşırılıb.