“Loli” səyyar sirki Sabirabad rayon Mədəniyyət Mərkəzində balacaların qonağı olub.

Şən klounlar, illüziyaçı və akrobatlar müxtəlif nömrələrlə çıxış edib, əhliləşdirilmiş itlər, halqalarla rəqs edən göyərçinlər, həmçinin ilanla şou nümayiş etdirilib.

Biri-birindən maraqlı nömrələr uşaqlarda xoş təəssürat yaradıb. Xüsusən də toplarla nümayiş etdirilən şoular və uşaqların iştirakı ilə göstərilən səhnələr alqışlarla qarşılanıb.