Mədəniyyət naziri Adil Kərimli fevralın 17-də Salyanda vətəndaşların qəbulundan sonra şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin – Əlövsət Quliyev adına rayon Mədəniyyət Mərkəzi, Salyan Dövlət Rəsm Qalereyası, Salyan Dövlət Kukla Teatrı və Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub.

Həmin gün Neftçala rayonunda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Xanoğlan Məmmədov adına rayon Mədəniyyət Mərkəzi və Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinə də baxış keçirilib.

Daha sonra Cəlilabad rayonuna gələn nazir Heydər Əliyev Mərkəzinə baş çəkib, Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq incəsənət məktəbində olub.

Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.