Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq artisti Süleyman Ələsgərov-100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr və görkəmli bəstəkar haqqında kitablar təqdim olunub.

Bir həftə davam edəcək ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, haqqında yazılan kitablar Azərbaycan və rus dillərində nümayiş etdirilir.