Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı “Mənim ana dilim” adlı tədbir keçirib.

Tədbirdə ilk olaraq Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb. Bildirilib ki, əlamətdar gün 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.

Çıxış edənlər ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonra məktəbin şagirdləri ana dilimiz haqqında şeirlər söyləyiblər.