Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayı və 8 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin (UGİM) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra 32 il əvvəl erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırımı haqqında məlumat verilib, faciənin ağır nəticələri fakt və rəqəmlərlə qeyd olunub.
Bədii hissədə UGİM-in dərnək üzvləri və 206 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Xocalı fəryadı” adlı kompozisiya təqdim olunub, “Xocalı nişanəsi” adlı qısametrajlı film nümayiş etdirilib.