Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Əzim Əzimzadənin Ev-Muzeyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş "Unudulmaz keçmişimiz" adlı anım tədbiri keçirilib.
Tədbirdə ilk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edənlər erməni vandallarının Xocalıda törətdikləri soyqırımının insanlığa qarşı bütün insanlığa qarşı ən ağır cinayətlərdən olduğunu vurğulayıblar.
Anım tədbirində Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına Xalq teatrı, "Şəlalə" xalq çalğı alətləri ansamblı və "Oğuzlar" folklor xalq ansamblı üzvlərinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya təqdim edilib.