Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində "Bəlalı Xocalı” adlı anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı qurbanları və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Sonra Xalq teatrının üzvləri "Kədər və Sevinc" adlı kompozisiya təqdim edib, şeirlər səsləndiriblər.