Fevralın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Xətai rayon Mədəniyyət Mərkəzi və Şüvəlan qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Həsrətə son” adlı tamaşa nümayiş olunub.
Dövlət Himnin səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və qüdrətli dövrünü yaşayır. Ermənistan tərəfindən işğal edilmiş Xocalı və digər rayonlarımız tam azaddır. 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Ali Baş Komandan İlham Əliyev tərəfindən bayrağımız ucaldılıb.
Bədii hissədə Xətai rayon Mədəniyyət Mərkəzinin “Qaravəlli” xalq teatrı üzvlərinin iştirakı ilə “Həsrətə son” tamaşası təqdim edilib. Tamaşanın ssenari müəllifi Pərviz Qurbanlı, rejissoru Aysu Qarayevadır.
Nümayişdən sonra Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib və “Megas” musiqi qrupunun solistləri “Torpağın səsi” mahnısını səsləndiriblər.