“TikTok” videoməzmun sosial media platforması Mədəniyyət Nazirliyinin dəstəyi ilə fevralın 21-dən "#TikTokdanÖyrən" təşəbbüsünü təqdim edir.
Aprelin 21-dək davam edəcək layihənin məqsədi Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək və ölkənin hər bir bölgəsindən istifadəçilərə rahat və maraqlı qısa video formatında bilikləri bölüşmək, həmçinin yeni məlumatlar öyrədərək onların üfüqlərini genişləndirmək imkanı yaratmaqdır.
Aksiyaya qoşulan hər bir mədəniyyət müəssisəsi "#TikTokDanÖyrən" həştəqindən istifadə edərək ən azı bir maarifləndirici videonu öz hesablarında yerləşdirməlidir. Qaliblər aprelin 30-dək layihənin "TikTok" hesabında elan olunacaq.
Qeyd edək ki, layihədə ölkəmizin aparıcı mədəniyyət müəssisələrinin, o cümlədən muzeylər və teatrların iştirakı nəzərdə tutulub.
Layihəyə qoşulan Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarından eksponatlar və Azərbaycan Milli İncəsənət Muzeyi öz sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi qısa virtual turlar, həmçinin Azərbaycan Dövlət Akademik Rus Dram, Dövlət Gənc Tamaşaçılar, və Akademik Milli Dram teatrları tamaşalarının ərsəyə gətirilməsi prosesi barədə məlumat təqdim edirlər.