Fevralın 26-da Azərbaycan Dövlət Film Fondunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək tarixin ən dəhşətli faciələrindən sayılan Xocalı soyqırımı haqqında məlumat verib. O bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə, insanlıq əleyhinə yönəlmiş ən ağır cinayətlərdən olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filmi nümayiş olunub.
“Yaddaş” studiyasında lentə alınan filmdə faciə zamanı valideynlərini itirmiş yeddi uşağın taleyindən söz açılır. Ekran işinin ssenari müəllifi Sara Oğuz, təsvir rejissoru Nizami Abbas, prodüseri Cavid İmamverdiyevdir.
Lalə