AMEA Folklor İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan bildirilib ki, tədbirdə folklor studiyasının hazırladığı “Xocalı fəryadı” sənədli filmi nümayiş olunub.
İnstitutun əməkdaşlarından Aynur İbrahimova, Mətanət Abbasova, Ramazan Qafarlı, Əfzələddin Əsgər, Qumru Şəhriyar, elmi katib Elçin Abbasov çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Xocalıda törədilən soyqırımı aktı bəşər tarixində ən qanlı səhifələrdən biridir. Biz bu tarixi heç vaxt unutmamalı, həqiqətləri gələcək nəsillərə çatdırmalı, həmin hadisələri əbədiləşdirmək üçün filmlər çəkməli, abidələr ucaltmalıyıq.