İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda təşkilatın baş katibi Hissein Brahim Tahanın 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımında şəhid olanların xatirəsinə ehtiramı ifadə olunub.
Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayıb. Təşkilatın bu mövqeyinin indiyədək qəbul olunmuş bir sıra sənədlərdə əks olunduğu bildirilib. Diqqətə çatdırıb ki, 2023-cü ildə Mavritaniya İslam Respublikasının Nuakşot şəhərində keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında da Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi qiymətləndirilib.