18-25 fevral tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Niyazi adına 22 nömrəli və Əhməd Bakıxanov adına 6 nömrəli musiqi məktəblərinin şagirdləri Qazaxıstan və İngiltərənin təşkilatçılığı ilə onlayn keçirilən IV Beynəlxalq “Grand Victoria” vokal-instrumental müsabiqəsində uğurla iştirak ediblər.
22 nömrəli Musiqi məktəbinin 2-ci sinif şagirdi Banu Qasımova 8-10 yaş kateqoriyası üzrə fortepiano nominasiyasında I, 3-cü sinif şagirdi Fərəh İsmayılova II, 3-cü sinif şagirdi Gülay Abdullazadə isə II yerə layiq görülüb. 11-13 yaş kateqoriyasında həmin məktəbin 4-cü sinif şagirdi Fatimə Hüseynova I yeri, 2-ci sinif şagirdi Aysel Piriyeva isə Qran-pri mükafatını qazanıb.
6 nömrəli Musiqi məktəbinin V sinif şagirdi Sara Teyyublu müsabiqənin 8-10 yaş kateqoriyası üzrə I yerə layiq görülüb.
Hər iki məktəbin müəllimləri müsabiqənin münsifləri tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.