Akademik Akif Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Dövlət başçısı İlham Əliyev fevralın 24-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 25-də akademik Akif Əli Zadənin 90 yaşı tamam olub. Tanınmış geoloq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Akif Əli Zadə 2013–2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Alim ötən illərdə “Şöhrət” (2004), “Şərəf” (2009), “İstiqlal” (2014) və I dərəcəli “Əmək” (2019) ordenləri ilə təltif edilib.

Akademik Akif Əli Zadəni yubileyi və növbəti dövlət təltifi münasibətilə təbrik edirik.