Fevralın 27-də tanınmış ictimai-siyasi xadim, yazıçı-dramaturq, publisist Nəriman Nərimanovun (1870–1925) “Nadanlıq” dramının yazılmasının 130, “Nadir şah” dramının qələmə alınmasının 125 illiyinə həsr edilən “Yubilyar kitablar” adlı tədbir təşkil olunub.

Nəriman Nərimanovun Xatirə Muzeyində reallaşan tədbir Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının və muzeyin əməkdaşları, habelə 189–190 nömrəli tam orta məktəbin tarix, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Nəriman Nərimanovun zəngin ədəbi irsi, xüsusilə “Nadanlıq” və “Nadir şah” dramları haqqında söhbət açılıb.

Sonra “Nəriman Nərimanov: tarixə ziyalı baxışı” adlı videoçarx nümayiş etdirilib, həmçinin 189–190 nömrəli tam orta məktəbin rus bölməsinin 8–9-cu sinif şagirdlərinin ifasında əsərlərdən parçalar təqdim olunub.

Sonda iştirakçılar muzeyin N.Nərimanovun həyat və yaradıcılığını əks etdirən ekspozisiya ilə tanış olublar.