Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) Ankaradakı məzarı abadlaşdırılır.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamından sonra səfirlik Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri qəbiristanlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.

Abadlıq işləri Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparılır və M.Ə.Rəsulzadənin vəfatının ildönümünə (6 mart) qədər yekunlaşması nəzərdə tutulur.