Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən martın 6-da saat 10:00-da Zaqatala rayonu Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 4 mart tarixinədək Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin shaki-zaqatala@culture.gov.az elektron poçt ünvanı, (024) 244-74-93 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.