Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında teatrın solisti Rövşən Qəhrəmanovun solo konserti keçirilib.
Fevralın 29-da teatrın ansamblının müşayiəti ilə gerçəkləşən musiqi axşamında müğənni maraqlı proqramla çıxış edib.
Konsertdə teatrın bədii rəhbəri Xalq artisti Salman Qəmbərov və qarmon ifaçısı, Xalq artisti Ənvər Sadıqov da gənc solistə dəstək olaraq onunla eyni səhnəni bölüşüblər.
Müğənninin səsləndirdiyi xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.