Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 288 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin, Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə 53, 150, 153 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin ekskursiyaları təşkil olunub.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımların respublikamızın bugünkü uğurları üçün etibarlı təməl olduğu vurğulanıb.

Yasamal rayon Heydər Əliyev Mərkəzində isə şagirdlərə Ümummilli liderin zəngin siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.