Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbində Əməkdar müəllim Səidə Göyçayskayanın xor sinfinin “Baharım” adlı hesabat konserti keçirilib.

Konsertdə kiçik və orta yaş kateqoriyasından olan qruplar, vokal kvarteti və məktəbin birləşmiş xoru çıxış edib.

Musiqi axşamında Azərbaycan və xarici ölkə bəstəkarlarının müxtəlif janrda əsərləri səsləndirilib.

Konsert dinləyicilər tərəfindən maraqla qarşılanıb.