Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev martın 2-də bununla bağlı sərəncam imzalayıb.
Əsgər Rəsulov arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə dövlət təltifinə layiq görülüb.
Qeyd edək ki, martın 3-də 70 yaşı tamam olan filologiya elmləri doktoru, professor Əsgər Rəsulov 2018-ci ildən Milli Arxiv İdarəsinin rəisidir.