Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı bayram münasibətilə xanımlara xoş diləklərini çatdırıb. Qeyd edib ki, Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, dövlətçiliyimizin güclənməsində mühüm rol oynayıb.

Bədii hissədə mədəniyyət ocağının bədii qiraət dərnəyinin üzvləri şeirlər səsləndirib, Şuşa şəhər Bülbülcan adına Uşaq musiqi məktəbinin istedadlı tələbələri musiqi nömrələri, kompozisiya nümayiş etdiriblər. “Lalələr” rəqs ansamblının çıxışları isə tədbirə xüsusi rəng qatıb.