Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi və “Şəngülüm” uşaq bağçasının təşkilatçılığı ilə Od çərşənbəsi (5 mart) və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram konserti keçirilib.

Əvvəlcə bayramlar münasibətilə təbriklər səsləndirilib.

Sonra Mədəniyyət evinin özfəaliyyət kollektivi tərəfindən musiqi və rəqs nömrələri ifa olunub, maraqlı və əyləncəli oyunlar təqdim edilib.