Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Avropa liseyi şagirdlərinin “Qızıl toxum” macəra tamaşası nümayiş etdirilib.

Liseyin “Sərhədsiz diplomatiya” layihəsi çərçivəsində ərsəyə gələn tamaşa qədim Novruz bayramı yeni baxış təqdim edən, təbiətin insan həyatında əhəmiyyətinə diqqət çəkən, Xeyirlə Şərin mübarizəsində insanın çətinliklərə qalib gəlməsindən bəhs edən nağıldır. Tamaşanın əsas personajları Badam ağacı, Nərgiz çiçəyi, Qaratoyuq və hər kəsin sevimlisi Ənciri Baharın müjdəçiləridir. Baharı xilas etməyə və onun gəlişinə kömək etməyə çalışan bu qəhrəmanlar Novruz bayramında öz əksini tapmış dörd əsas ünsürü – Su, Od, Yel və Torpağı təmsil edən pərilərlə görüşürlər. Lakin onlara çatmaq üçün çox maneələri dəf edirlər...

Liseyin III, IV, V sinif şagirdlərinin iştirakı ilə hazırlanan tamaşanın musiqisini gənc bəstəkar Tural Məmmədli yazıb.

Tamaşa uşaqların və müəllimlərin birgə iştirak etdiyi Yallı rəqsi ilə başa çatıb.