Martın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təqaüdə çıxmış kitabxana əməkdaşları ilə görüş keçirilib.

Tədbirdə ömrünü kitabxana sahəsinə həsr etmiş qocaman əməkdaşların iş fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib, onlara əlamətdar bayram münasibətilə hədiyyələr təqdim olunub. Görüş kollektivdə və qonaqlarda xoş təəssüratlar yaradıb.

Təqaüddə olan kitabxanaçılar görüşün təşkilinə görə kitabxananın direktoru Vəfa Quliyevaya təşəkkür ediblər.