Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.

Bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları “10 Mart – Milli Teatr Günü” adlı virtual və eyniadlı ənənəvi sərgini istifadəçilərə təqdim edib.

Sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur. Virtual sərgi ilə http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən tanış olmaq olar.

Ənənəvi sərgi 1 həftə davam edəcək.