M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Мart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Musiqili poeziya gecəsi” keçirilib.    

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə qiraətçilər Hüseynağa Aslanov və Nərgiz Hüseynzadə, solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı (violin), Camalə Abdinzadə (piano), Mədinə Şahgəldiyeva (kamança), İsmayıl Zülfüqarov (tar), Cəfər Həsənov (nağara) və Orxan Soltanov (balaban) çıxış ediblər.

Martın 7-də keçirilən konsertdə Səməd Vurğun, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Rəsul Rza, Ramiz Rövşən, Nəriman Həsənzadə, İlqar Fəhmi, Əliabbas Qasımov, Pərviz Seyidlinin şeirləri və E.Elqar, A.Məlikov, E.Morrikone, H.Mançini, V.A.Motsart, P.İ.Çaykovski, C.Quliyev, K.Debüssi, V.Mustafazadə, V.Azaraşvili, V.Adıgözəlov, V.Lebedyev, Pikə Axundovanın bəstələri səsləndirilib.