Martın 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirilib. Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahan olub.

Məktəblərdə şagirdlərin rahat şəkildə imtahan vermələri üçün bütün zəruri şərait yaradılıb. İmtahan rəhbəri Elçin Süleymanov bildirib ki, 4 şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanlar mövcud təlimata uyğun keçirilib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

Lamiyə Nəcəfli Laçında təşkil edilən ilk buraxılış imtahanında iştirak etdiyi üçün fəxr duyduğunu bildirib: “Bu gün ilk dəfə olaraq doğma yurdumuzda imtahan keçirildi. Bizim üçün qürurverici haldır ki, öz torpaqlarımızda imtahan verdik. İmtahan yaxşı keçdi. Həyəcanlanmadım, çox rahat oldu”.

Zabux kənd tam orta məktəbində təşkil olunan buraxılış imtahanı da uğurla başa çatıb.