Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

Əvvəlcə Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nı imzalayıblar.

Sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığa dair müxtəlif sənədlər imzalanıb. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024–2025-ci illər üçün Tədbirlər Planı”na Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva imza atıblar.