Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Novruz görüşü” layihəsi davam edir.

Layihə üzrə növbəti görüş Vaqif Mustafazadənin Ev-Muzeyində gerçəkləşib.

Tədbirdən əvvəl qonaqlara Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib, muzeydə qorunan eksponatlarla tanışlıq olub.

Sonra Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri, pianoçu, bəstəkar Emil Əfrasiyab iştirakçılara ustad dərsi keçib.

Görüş interaktiv müzakirə formatında davam edib.

Qeyd edək ki, “Novruz görüşü” layihəsinin məqsədi musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.