Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Beynəlxalq meşə günü” ilə əlaqədar maarifləndirici proqram həyata keçirilib. Mövzu ilə əlaqədar “Meşə və onun sakinləri” adlı videoməlumat hazırlanıb.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən 2012-ci ildə 21 mart tarixi “Beynəlxalq meşələr (meşə və ağaclar) günü” elan olunub.
Videoməlumatda təbiətin mühafizə olunmasının hər kəsin vəzifəsi olduğu vurğulanıb.
Həmçinin kiçikyaşlı oxucular mövzu ilə tanış olmaq, məlumatlanmaq üçün kitabxanadakı kitablardan faydalanmağa dəvət edilib.
Videoməlumata aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz: https://www.youtube.com/watch?v=sCCyCilvoEY