Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında tanınmış uşaq yazarı, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil ilə görüş keçirilib.

Görüş zamanı ədibin yaradıcılığı haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, yazıçı yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edib. Vurğulanıb ki, Zahid Xəlilin şeirlərinin əksəriyyəti uşaqlarda əməyə məhəbbət, həyatın mənasını dərk etmək, vətəni sevmək, doğru danışmaq kimi gözəl hisslər aşılayır.

Çıxışlardan sonra Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında müəllifin şeirləri səsləndirilib, hekayələri əsasında səhnəciklər, maraqlı kompozisiyalar təqdim edilib.