Novruz bayramı xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirir. Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz bayramı insanlar arasında bərabərlik, dostluq, sülh bayramı olmaqla yanaşı, milli və bəşəri dəyərlərimizi özündə əks etdirir.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Novruz – xalqımızın əziz bayramı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə bayram haqqında məlumatlar, fotolar, Novruz adət-ənənələrini, Novruz deyimlərini və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.