Bakıdakı Rus Evinin (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) Ədəbiyyat klubu Səməd Vurğunun Ev-Muzeyi ilə bilikdə görkəmli şairin yaradıcılığına həsr olunmuş musiqili-poeziya axşamı təşkil edib.
Rus Evinin rəhbəri İrek Zinnurov və muzeyin direktoru, şairin nəticəsi Vurğun Vəkilov tədbir iştirakçılarını salamlayıblar.
Layihə iştirakçıları Səməd Vurğunun şeirlərini rus və Azərbaycan dillərində təqdim ediblər.
Şeirlərin qiraəti Bakı Dövlət Universitetinin tələbəsi, pianoçu Murad Muradovun ifasında bəstəkarlar Tofiq Quliyev və Aleksandra Paxmutovanın əsərləri ilə müşayiət olunub. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, beynəlxalq mükafatlar laureatı Lalə Muxtarova İ.S.Baxın “Ariya”sını, pianoçu Ramil Davıdzadə isə Hans Zimerin məşhur “A way of life” əsərini ifa ediblər.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova aparıb.
Vurğun Vəkilov və Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina layihənin işinə uğurlar arzulayıblar.